Profilinə görə regionda yeganə tibb müəssisəsi olan AR Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi

AR Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi haqqında

Profilinə görə regionda yeganə tibb müəssisəsi olan AR Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi Azərbaycanda nümunəvi səhiyyə müəssisəsidir. Mərkəzin yaradılmasında əsas məqsəd, ixtisaslaşdırılımış tibb  müəssisənin  və qan bankının təşkili, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qan komponentləri ilə, yüksək ixtisaslı kadrların hazırlanması eləcə də tibbi xidmətlə təmin olunmasıdır.Ölkə Prezidentinin fərmanı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi yaradılmışdır.

Bu  fərman əsasında  AR Səhiyyə Nazirliyi Milli Hematologiya Transfuziologiya  Mərkəzində talassemiyalı xəstələri, eləcə də onkohematoloji və digər  qan xəstəliklərdən əziyyət çəkən vətəndaşlarımızın daha səmərəli istifadəsi üçün geniş imkanlar yaradılıb. Mərkəzinin Talassemiya bölməsi  unikal imkanları ilə digər dövlətlərin vətəndaşlarına da tibbi xidmət göstərmək üçün zəmin yaratmışdır.

Hematoloji xəstəliklərin , digər qan xəstəliklərinin həmçinin talassemiya ilə doğulanların sayının artmaması üçün əhalinin maarifləndirilməsi, bu sahədə elmi tədqiqatların aparılması, həmçinin beynəlxalq təcrübənin öyrənilməsi Mərkəzin fəaliyyətinin əsas istiqamətlərindəndir.

AR Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzində  Poliklinika , Hematologiya ,  Qan bankı , Reanimasiya və intensiv terapiya , Şüa-Diaqnostika,  Sümük iliyi transplantasiyası , Transfuziologiya şöbələri fəaliyyət göstərir.Şöbələrimiz ən müasir tibb texnologiyalar ilə təmin olunmuş və  peşəkar həkimlərin, bilik və təcrübələrini səmimi şəkildə paylaşan tibbi heyəti ilə  pasiyentlərin xidmətindədir.

AR Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin digər tibb müəssisələrindən fərqləndirən  xüsusiyyətlərdən biridə “Sümük iliyi transplantasiyası” əməliyyatını həyata keçirən  yeganə Mərkəz olmasıdır.

BAXIŞIMIZ

Ölkəmizdə sağlam cəmiyyətin olması və beynəlxalq sahədə təbabətin əldə etdiyi ən yüksək səviyyədəki metodları təqib və tətbiq etmək, bu fəlaiyyəti akademik şəraitdə davam etdirmək əsas hədəfimizdir.

MİSSİYAMIZ

Hematoloji xəstəlikdən , qan xəstəliklərindən və Talassemiya ilə mübarizə aparan vətəndaşlarımıza dövlətimizin şəfqətli qayğısını hiss etdirən, təbabətin çatdığı ən yüksək səviyyədə, etibarlı, mərkəzləşmiş və keyfiyyətli xidmət göstərən, xəstələrin hüquqlarına hörmətlə yanaşan, ətraf mühiti qoruyan, bacarıqlı tibb işçiləri yetişdirən, yenilikçi və daim özünü inkişaf etdirən qabaqcıl bir tibb müəssisəsiyik.

87, Mirəli Qaşqay,

Bakı, Azərbaycan

[email protected]

Onlayn müraciət
Çağrı Mərkəzi