27.11.2024
Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya Bölməsində 25 noyabr 2024-cü il tarixində tibb bacılarının elmi və praktik bacarıqlarını artırmaq üçün seminar keçirilib. Seminarda Transfuziologiya şöbəsinin müdiri Tünzalə Əhmədova və həkim-infeksionist Leyla Kərimli çıxış ediblər.