Talassemiya
Niyə bizi seçirlər
-
Səbəb #1
-
Səbəb #2
-
Səbəb #3
-
Səbəb #4
-
Səbəb #5
-
Səbəb #6
Talassemiya
Talassemiya irsi qan xəstəliyidir. Daha çox aralıq dənizi hövzəsi insanlarında rast gəlinən xəstəlik, qırmızı qan hüceyrələrindəki hemoqlabinin sintezinin pozulması ilə əlaqədardır. Talassemiya daşıyıcısı olan insanlar demək olar ki, bunu hiss etmir və xüsusi şikayətləri olmur. Talassemiya daşıyıcısı olduqlarını da çox vaxt təsdüfən, başqa problemlə bağlı müayinə zamanı qan analizi nəticəsində öyrənirlər.
Talassemiya daşıyıcılığı
Daşıyıcılıq xəstəlik deyil, yoluxmur, müalicə tələb etmir, evlənməyə mane deyil. Valideynlərdən sadəcə biri talassemiya daşıyıcısı olduqda övladın talassemiya xəstəsi olma ehtimalı sıfıra bərabərdir. Lakin, ata və ananın hər ikisi talassemiya daşıyıcısı olduqda, onların övladı 25% ehtimalla tamamilə sağlam, 50% ehtimalla talassemiya daşıyıcısı, 25% ehtimalla isə talassemiya xəsətəsi olaraq dünyaya gəlir.