22.12.2018
Bakı Konqres Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan “Cırtdan nağıllar aləmində” ailəvi meqa-şouda Talassemiyalı pasientlər və onların ailə üzvləri, həmçinin Mərkəzimizin həkimləri də iştirak ediblər.
Bu nəcib təşəbbüsə görə humanistlik və xeyirxahlıq dəyərlərini fəaliyyətində əsas meyar kimi müəyyən edən Heydər Əliyev Fonduna və Leyla xanım Əliyevaya, Bakı Konqres Mərkəzinin rəhbərliyinə Talassemiya Mərkəzinin kollektivi və talassemiyalı pasiyentlər adından təşəkkürümüzü bildiririk.