23.01.2019
Türkiyənin Altınbaş Universiteti Tibb Fakültəsinin dekanı, Medical Park xəstəxanasının pediatrik hematologiya və sümük iliyi transplantasiyası şöbəsinin hematoloqu Prof.Dr. Tunç Fışgın 23 yanvar 2019-ci il tarixində Talassemiya Mərkəzinin qonağı oldu.
Mrəkəz rəhbərliyi və kollektivi ilə görüşən türkiyəli qonaq professor Mərkəzin həkimləri üçün “Uşaqlarda kəskin leykozlar” mövzusunda mühazirə ilə çıxış etdi. Mühazirənin sonunda Mərkəz həkimləri ilə müzakirələr aparıldı.