21.12.2018
Türkiyənin Altınbaş Universiteti Tibb Fakültəsinin dekanı, Medical Park xəstəxanasının pediatrik hematologiya və sümük iliyi transplantasiyası şöbəsinin hematoloqu Prof.Dr. Tunç Fışgın 21 dekabr 2018-ci il tarixində Talassemiya Mərkəzinin qonağı oldu.
Mrəkəz rəhbərliyi və kollektivi ilə görüşən Prof.Dr. Tunç Fışgın sonra talassemiya, leykoz, neyroblastoma, limfoma ve digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün ödənişsiz konsultasiya həyata keçirdi. Konsultasiyadan sonra Türkiyəli qonaq professor Mərkəzin həkimləri üçün “Müasir kimyəvi terapia protokolları və sümük iliyi transplantasiyası” mövzusunda mühazirə ilə çıxış etdi, müzakirələr aparıldı.