25.01.2019
"Şagirdlərin talassemiya xəstəliyi haqqında maarifləndirilməsi" layihəsi çərçivəsində Xətai r-nu 191 nömrəli məktəbin şagirdləri Talassemiya Mərkəzində qonaq oldular.
Şagirdlər ilk olaraq mərkəzin Poliklinka şöbəsinin həkimi, hematoloq Nərmin Verdiyeva tərəfindən mərkəzlə tanış edildilər. Tanışlıq sırasında şagirdlər, transfuziologiya zallarında oldular, qan köçürülən talassemiyalı xəstələr və onların valideynləri ilə söhbət etdilər.
Sonra isə şagirdlər və 191 nömrəli məktəbin müəllimləri Mərkəzin icraçı direktoru Valeh Hüseynovla görüşdülər. Görüşdə mərkəzin icraçı direktoru Valeh Hüseynov, bu kimi maarifləndirici tədbirlərin vacibliyini və zəruriliyini qeyd edərək şagirdlərə talassemiya xəstəlikləri haqqında geniş məlumat verdi. Səfər xatirə fotosunun çəkilməsi ilə sona çatdı.