Profilinə görə regionda yeganə tibb müəssisəsi olan AR Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə 23-25 Noyabr 2023 -cü il tarixlərində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “3-cü Azərbaycan Hematologiya Mütəxəssisləri Konqresi”, “1-ci Beynəlxalq Qan Bankı və Transfuzion Tibb Simpoziumu” keçirilib

24.11.2023
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin birgə təşkilatçılığı ilə 23-25 Noyabr 2023 -cü il tarixlərində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “3-cü Azərbaycan Hematologiya Mütəxəssisləri Konqresi”, “1-ci Beynəlxalq Qan Bankı və Transfuzion Tibb Simpoziumu” keçirilib. Tədbirin açılışda Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Nadir Zeynalov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədr müavini Nigar Bayramova, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin icraçı direktorunun müavini Araz Nəsirov, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli və Azərbaycan Hematologiya Mütəxəssisləri İctimai Birliyinin sədri Valeh Hüseynov çıxış ediblər.
Həmçinin, Avrasiya Hematologiya Onkologiya Qrupunun (EHOG), İtaliya Hematologiya və Onkologiya Cəmiyyətinin (SOHO), Türk Hematoloji Dərnəyinin (THD) rəhbərləri açılış məruzəsi ilə çıxış edərək konqresin işinə uğurlar arzulayıblar.
∎ Məqalənin sonu

87, Mirəli Qaşqay,

Bakı, Azərbaycan

[email protected]

Onlayn müraciət

1842

Çağrı Mərkəzi